ABŞ ordusu hava hücumları ilə Suriyadakı İranın iki hərbi qərargahını və ona bağlı proksi qruplaşmaları hədəfə alıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.
Bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində SEPAH-nin hərbi obyektlərinə və iranyönlü qruplaşmalara endirdiyi hava zərbələri nəticəsində 6-7 yaraqlı məhv edilib.
Bu haqda Fox News-un müxbiri Pentaqonun nümayəndəsinə istinadən xəbər verib.
Qeyd olunub ki, obyektlərin birində ikinci dərəcəli partlayışlar müşahidə edilib. Bu da orada böyük silah və sursat anbarının olduğunu göstərir.
Əfsanə
Manşet.az