"Gücümüzün bir hissəsini göstərmişik” - Netanyahu

22:04 - 13 Noyabr 2023

\"Gücümüzün bir hissəsini göstərmişik” - Netanyahu

“Odla oynayan “Hizbullah” hücumları daha güclü atəşlə qarşılayacaq”.

 

Manset.az  “The Times of İsrail” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş nazir Benyamin Netanyahu bildirib.

O, gərginliyin artması fonunda “Hizbullah”a xəbərdarlıq edərək Livan terror qruplaşmasının odla oynadığını söyləyib.

“Əsgərlərimizə və mülki insanlara qarşı hücumlarını genişləndirə biləcəklərini düşünənlər var. Bu, odla oynamaqdır. Atəş daha güclü atəşlə qarşılanacaq. Bizi sınamamalıdılar, çünki biz gücümüzün yalnız bir hissəsini göstərmişik. Bizə zərər verənlərə zərər verərik”, - deyə Netanyahu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az