“Hizbullah” İsrail hərbi məntəqəsinə hücum edib

19:40 - 14 Noyabr 2023

“Hizbullah” İsrail hərbi məntəqəsinə hücum edib

“Hizbullah” Livanın cənubunda sərhəd bölgəsində yerləşən İsrail hərbi məntəqəsinə hücum edib.

 

Manset.az xəbər verir ki, “Hizbullah” bununla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada İsrailin “Merc” hərbi məntəqəsinə müvafiq silahlarla hücum edildiyi və hədəflərin tam dəqiqliklə vurulduğu bildirilib.

Digər tərəfdən Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail qüvvələrinin Livanın sərhəd bölgəsindəki Ayta əl-Şaab və Odeysa qəsəbələrinin ətrafını artilleriya atəşi ilə vurduğu bildirilib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında gedən qarşıdurmalarda 74 “Hizbullah” üzvü və 4 İsrail əsgəri həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az