Paşinyandan KTMT açıqlaması: Düşünməyə vaxt vermişik...

17:40 - 15 Noyabr 2023

Paşinyandan KTMT açıqlaması: Düşünməyə vaxt vermişik...

"İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, əksinə özünə və bloka düşünmək üçün vaxt” verir".

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib

"Bu, Ermənistan hakimiyyətinə və KTMT-yə gələcək addımlar barədə qərar verməyə imkan verəcək. Təşkilatla münasibətlər baxımından əsas fundamental problem onun Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir. İrəvan KTMT missiyasını göndərməkdən imtina etməyib, onun harada fəaliyyət göstərəcəyini müəyyənləşdirməyi xahiş edib.

Blok İrəvanın Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı çoxsaylı bəyanatlarına cavab verməyib. İndi hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır. Hökumət KTMT-dən çıxmaq barədə qərar qəbul olunmayana qədər kursun dəyişməsi barədə açıqlama vermək niyyətində deyil, əks halda dissonansa səbəb olacaq", - Paşinyan söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az