Əfqanıstanlı politoloq və jurnalist Rəzzaq Məmun Əfqanıstandan 1200-ə yaxın istehkamçının Livana göndərilməsi üçün Suriyaya getdiyini bildirib.
Manset.az-ın Azadİran Teleqram kanalına istinadən məlumatına görə, noyabrın 12-də Suriya İnsan Haqları Monitorinq Qrupu oktyabr ayı ərzində müxtəlif millətlərdən olan 700-ə yaxın yaraqlının Suriyanın İsraillə sərhəd yaxınlığında yerləşən Qolan təpələrinə yerləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, sözügedən yaraqlıların SEPAH və Hizbullah tərəfindən hazırlandığı bildirilib.
Əfsanə
Manşet.az