Baydendən İsraillə bağlı suala qəribə cavab: "Mən falçı deyiləm"

09:10 - 16 Noyabr 2023

Baydendən İsraillə bağlı suala qəribə cavab: \"Mən falçı deyiləm\"

ABŞ Prezidenti Co Bayden San-Fransiskoda çinli həmkarı Si Cinpinlə görüşün başa çatmasından sonra mətbuat konfransı keçirib.

 

Manset.az xəbər verir ki, o, jurnalistlərin Çin-ABŞ münasibətləri, İsrail və HƏMAS arasında müharibə, eləcə də digər mövzularda suallarını cavablandırıb.

Bayden HƏMAS-ın xəstəxana altında hərbi qərargah yerləşdirməklə hərbi cinayətlər törətdiyini bildirib. Onun sözlərinə görə, İsrail məhdud sayda silahlı qüvvə ilə "Əl Şəfa"ya daxil olub.

O əlavə edib ki, İsrailin Qəzzanı ələ keçirməsi böyük səhv olar. ABŞ Prezidenti jurnalistlərin müharibənin nə vaxt başa çatacağı barədə sualına belə cavab verib: "Mən falçı deyiləm".

Bayden çərşənbə günü deyib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya iki dövlətli planın İsrail-Fələstin münaqişəsinin həllinin yeganə yolu olduğunu bildirib. O, HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün əlindən gələni etdiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az