Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Engin və Dilan Polat cütlüyünün 4 il əvvəl fenomen dostları ilə çəkdirdikləri foto gündəm mövzusu olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cütlüyün 2017-ci ildə influencerlərlə çəkdirdiyi fotoda demək olar ki, hər kəs gözəllik mərkəzi açaraq bir anda dəbdəbəli həyata nail olublar.
Qısa müddətdə zənginləşən şübhəlilər cinayət törətmək məqsədi ilə təşkilat yaratmaqda, bu məqsədlə yaradılmış təşkilata üzv olmaqda ittiham edilib.
Əfsanə
Manşet.az