Cənubi Koreyalı 24 yaşlı müğənni Nahi son konsertindən iki həftə keçməmiş dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənc müğənninin ölüm səbəbi ilə bağlı açıqlama verilməyib.
K-popun məşhur adlarından biri olan Nahinin səsyazma şirkəti Mun Hwa kədərli xəbəri sosial şəbəkədə paylaşıb:
"Müğənni və bəstəkar Nahi dünyamızı tərk etdi. O, səmada ulduz oldu. Qəfil xəbəri Nahiyə dəstək olan və sevən bütün pərəstişkarlarına çatdırdığım üçün üzr istəyirəm. Dərin hüznlə başsağlığı veriRİK”.
Əfsanə
Manşet.az