Kolumbiyada getdiyi çimərlikdə mənzərədən zövq almaq istəyən gənc qadın ildırım vurması nəticəsində dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Kolumbiyanın Kartaxena şəhərində Boquilla çimərliyində baş verib.
Təhlükəsizlik kameralarına anbaan düşən görüntülərdə qadının ildırım vurduqdan sonra yıxıldığı görünür. Bu zaman qadının yanından keçən polis əməkdaşı qorxusundan özünü yerə atıb. Bölgədəki digər istirahət edənlərin səhhətinin yaxşı olduğu bildirilib.
Əfsanə
Manşet.az