Mirzoyan avrokomissarla Azərbaycandan DANIŞDI

18:00 - 16 Noyabr 2023

Mirzoyan avrokomissarla Azərbaycandan DANIŞDI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varhelyi ilə görüşüb.

 

Manset.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran sahələrdə mövcud dialoqun və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar. Bu kontekstdə noyabrın 15-də Brüsseldə keçirilən yüksək səviyyəli Ermənistan-Avropa İttifaqı siyasi və təhlükəsizlik dialoqunun ikinci görüşünün əhəmiyyəti qeyd edilib.

Ermənistanın xarici işlər naziri “Sülhün kəsişməsi” layihəsini də təqdim edib. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində beynəlxalq səylərə toxunulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az