Qəzzanın blokadada saxlanmasının 42-ci günündə İsrail qüvvələri tərəfindən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin evi bombalanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haniyə yayımladığı videoyazıda İsrailə meydan oxuyub.
HƏMAS Siyasi Bürosunun sədri müqavimət qüvvələrinin Qəzzada misli görünməmiş şücaət və qəhrəmanlıq nümunəsi göstərərək düşmən ordusuna ağrılı zərbələr vurduğunu bildirib. Haniyə Qəzzada olan müqavimət qüvvələrini Allahın əsgərləri kimi səciyyələndirib və Allahın bu insanlar vasitəsilə vədini yerinə yetirəcəyini bildirib:
"İsrail bu müharibənin uzunömürlü olmasını istəsə, nəfəsimiz onun nəfəsindən daha uzun olacaq. Müqavimət bu müharibədə son sözü deyən tərəf olacaq və dünya Qassam Briqadaları və müqaviməti görəcək. Qüvvələr 18 il əvvəl olduğu kimi Qəzzada işğalçını məğlub edəcək”.
Əfsanə
Manşet.az