Oktyabrın 7-dən bəri İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 11 470 nəfər fələstinli ölüb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumatı toplayan Fələstin anklavının səhiyyə sistemində baş vermiş kollaps səbəbindən bir neçə gündür ki, ölənlərin sayı yenilənmirdi.
Xatırladaq ki, noyabrın 12-də Fələstin Səhiyyə Nazirliyi İsrailin bombardmanları qurbanlarının sayının 4 609-u uşaq olmaqla 11 180 nəfər olduğunu bildirib. İdarənin məlumatına görə, 28,2 minə yaxın insan xəsarət alıb.
İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı rəsmi olaraq 1 200 nəfərdən çoxdur.