İranda daha üç məhbus edam edildi

15:38 - 17 Noyabr 2023

İranda daha üç məhbus edam edildi

İranın Qonbəd-Kavus şəhər zindanında dünən bir türkmən gənc, Kermanşah şəhərindəki Dizelabad və Təbrizin mərkəzi həbsxanalarında isə iki məhbus dar ağacından asılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İran İnsan Haqları Mərkəzi xəbər verib.

Məlumata görə, hər üç məhbus adam öldürməkdə ittiham olunub.

Qeyd edək ki, Qəzza müharibəsinin başlamasından bu günə qədər İranda 114 məhbusun edam hökmü icra edilib.  

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az