Zelenski Tarasovskini işdən çıxartdı

00:40 - 18 Noyabr 2023

Zelenski Tarasovskini işdən çıxartdı

Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovski tutduğu vəzifədən azad edilib.

 

Manset.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.

Onun işdən çıxarılma səbəbi açıqlanmır.

A.Tarasovski 2022-ci ilin yanvarından Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, Ukraynanın Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidmətində, həmçinin Xarici Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az