Zelenski Rusiyaya qarşı sanksiyalarla bağlı yeni fərmanlar imzaladı

21:10 - 18 Noyabr 2023

Zelenski Rusiyaya qarşı sanksiyalarla bağlı yeni fərmanlar imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Federasiyası vətəndaşlarına qarşı yeni sanksiyalarla bağlı qərarlarını təsdiq edən iki fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, bu barədə prezident aparatının saytında dərc olunub.

Fərmanlara 108 fiziki şəxs və 37 şirkətin daxil olduğu üç siyahı əlavə olunur. Sanksiyalar beş və on il müddətinə tətbiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az