Koreya Xalq Demokratik Respublikasının orbitə casus peyki daşıdığı iddia edilən raketi atması ilə bağlı Yaponiya vətəndaşlarına binaların içərisində və ya yerin altında gizlənmələrini bildirən təcili xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Cənubi Koreya Baş Qərargahı (JCS) açıqlama verib.
Açıqlamada raketin yerli vaxtla saat 10.50-də cənuba doğru atıldığı iddia edilib.
İctimai yayımçı NHK Yaponiyanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib ki, raket peyk ola bilər.
Daha sonra qurum raketin saat 22:55 radələrində Sakit okean üzərindən uçduğunu və fövqəladə vəziyyət xəbərdarlığını ləğv etdiyini bildirib.
Əfsanə
Manşet.az