ABŞ-ın Pensilvaniya ştatında Erika və Aineel David cütlüyünün qapısını yeddi yaşlı qız döyüb və "Zəhmət olmasa, məni övladlığa götürün" deyərək qonşusuna sığınıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uşağın əlində "Zəhmət olmasa, məni övladlığa götürün. Anam məni döyür. Evim yoxdur. Anam planşetimi sındırıb" sözləri yazılmış kağız parçası olub.
Havanın 4 dərəcə olduğu bir gündə qızın nə ayaqqabısı, nə də paltosu olub.
David cütlüyü onun evdən qaçdığını başa düşünüb qızı evə aparıblar və polisə məlumat verilib.
Araşdırma zamanı polis qızın evinə gedib və qızın anası Nicodia Samuelsdən övladının harada olduğu soruşulub. Qadın çaxnaşmaya düşüb və işləri çox olduğundan uşaqları izləyə bilmədiyini bildirib. Üç uşaq anası Samuels övladının həyatını təhlükəyə atdığı üçün mühakimə olunub. Sosial xidmətlər uşaqlar üçün təhlükəsizlik planı hazırlayıblar.
Əfsanə
Manşet.az