Rockstar Games 12 illik fasilədən sonra GTA 6-nı oyunçulara təqdim etməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, oyun şirkətinin YouTube kanalında yayımlanan GTA 6-nın treyleri 2 saat ərzində 15 milyondan çox baxış toplayıb və yeni rekord qırıb.
Oyunun yaradıcısı Rockstar Games sonuncu dəfə 2013-cü ildə GTA 5-ilə oyunsevərlərə təqdim edib.
Treylerdə Lucia adlı bir personaj Vice City-də yer alıb. Promosyonun sonunda yeni oyunun 2025-ci ildə çıxacağı barədə məlumat var.
Əfsanə
Manşet.az