Fidel Kastroya xəyanət edərək ABŞ agenti olan bacı vəfat etdi

12:35 - 05 Dekabr 2023

Fidel Kastroya xəyanət edərək ABŞ agenti olan bacı vəfat etdi

Kuba inqilabının lideri, keçmiş prezident Fidel Kastronun bacısı Xuanita Kastro 90 yaşında Mayamidə vəfat edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, illər əvvəl Kubanı tərk edərək ABŞ-da məskunlaşan Xuanita Kastro burada Fidel Kastronun hakimiyyətini pisləyərək MKİ ilə əməkdaşlıq etmişdi.

Ailə üzvlərinin verdiyi açıqlamada Xuanita Kastronun təbii səbəblərdən dünyasını dəyişdiyi və dəfn mərasiminin ailə arasında keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Kuba inqilabı ilə bağlı qardaşları Fidel və Raul ilə fikir ayrılığı yaşayan Kastro 1964-cü ildə ölkəsini tərk edərək ABŞ-ın Mayami şəhərində məskunlaşıb. “Donna” təxəllüsü ilə ABŞ məxfi xidməti MKİ ilə əməkdaşlıq edən Kastro Kuba inqilabının lideri Fidel Kastro və Raul Kastronun administrasiyasını “açıq şəkildə” pisləyib.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az