Türkiyədə çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs edilən Dilan və Engin Polatın evində işləyən əcnəbi vətəndaşın və qohumlarının deportasiya ediləcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dilan Polatın özbəkistanlı işçisi Şule və Polatın evinə yerləşdirdiyi iki qohumu saxlanılıb.
Yoxlamalar zamanı Şaklo K.-nın yaşayış icazəsinin bitdiyi, Nərgiz K.-nin isə 9 ay əvvəl turist vizası ilə daxil olduğu və qeyri-qanuni olduğu müəyyən edilib.
Nəzarətə alınan iki şəxsin lazımi prosedurlardan sonra deportasiya olunmaq üçün Səlimpaşa Geri Götürmə Mərkəzinə təslim ediləcəyi öyrənilib.
Əfsanə
Manşet.az