İsrail ordusu Xan Yunisin mərkəzinə çatıb

21:33 - 05 Dekabr 2023

İsrail ordusu Xan Yunisin mərkəzinə çatıb

İsrail ordusu Qəzza zolağının cənubundakı ən böyük şəhər olan Xan Yunisin mərkəzinə çatıb.

 

Manset.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.

Kəşfiyyat məlumatlarına görə, HƏMAS yaraqlılarının əksəriyyəti bu şəhərdə yerləşib.

“Bu axşama kimi biz Xan Yunisin tam mərkəzindəyik”, - Finkelman deyib.

O qeyd edib ki, bugünkü döyüşlər Qəzzada quru əməliyyatı başlayandan bəri "ən gərgin" döyüş olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az