Nigeriya Hərbi Hava Qüvvələrinin bir kəndi "səhvən” bombalaması nəticəsində 85 nəfərin öldüyü, ən azı 66 nəfərin yaralandığı açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Kaduna əyalətinin Tudun Biri kəndində vətəndaşların Mövlud şənliyinə toplaşdığı bir vaxtda baş verib. Hücum nəticəsində aralarında uşaq, qadın və qocaların da olduğu qeyd edilib.
Kaduna valisi Uba Sani bildirib ki, terrorçulara qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən əməliyyat zamanı mülki şəxslərin təsadüfən vurulub.
Əfsanə
Manşet.az