Braziliyanın A Seriya komandalarından biri olan "Santos" 111 illik tarixində ilk dəfə aşağı liqaya düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Santos" liqanın son həftəsində evdə "Fortaleza"ya 2:1 hesabı ilə uduzub.
Komandalarının aşağı liqaya düşməsinə qəzəblənən azarkeşlərin törətdiyi insidentlər isə stadiondan çölə sıçrayıb.
Azarkeşlər küçələrdə polislə toqquşub, park edilmiş avtomobilləri, avtobusları və mağazaları yandırıblar.
Qeyd edək ki, ötən illərdə heyətində Neymar, Rodryqo və Qabriel Barbosa kimi adların yer aldığı “Santos”, Sao Paulo və Flamenqo ilə birlikdə Braziliya A Seriyasından düşməyən üçlük arasında idi.
Əfsanə
Manşet.az