İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşması çərçivəsində azad edilən israilli məhbuslar İsrail hökumətini sərt tənqid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, azad olunan şəxslər HƏMAS-ın əlində olan əsirlərin həyatlarından narahat olduqlarını bildiriblər.
İsrailin Qəzzanı bombalaması ilə bağlı məhbuslardan biri, "Bizə elə gəlirdi ki, çöldə nə baş verdiyindən xəbərimiz yox idi. Siz kəşfiyyat məlumatı olduğunu iddia edirsiniz, amma həqiqət budur ki, bombalandıq" deyib.
Həyat yoldaşı hələ də HƏMAS-ın əlində olan, sərbəst buraxılan məhbuslardan biri İsrailin HƏMAS tunellərini su altında qoymağı düşüncəsini sərt reaksiya verib. Bildirib ki, onu tunellərə aparıblar və siz tunelləri dəniz suyu ilə doldurmaqdan danışırsınız. Sizin prioritetiniz məhbuslar deyil, siyasətdir.
Digər bir məhbus isə İsrailin Qəzzanı davamlı bombalaması səbəbiylə hələ də əsir saxlanılan israillilərin həyatından narahat olduqlarını vurğulayıb:
"Televiziyada gördüklərim məni daha çox qorxudur. Mən İsrailin bombardmanlarını görürəm və məhbusların harada olması ilə bağlı heç bir fikriniz yoxdur. Mən partlayıcılarla əhatə olunmuş evdə idim. Tunellərdə yatdıq. HƏMAS-dan yox, daha çox İsrailin bizi öldürə biləcəyindən qorxduq. Sonra da “Sizi Həmas sizi öldürdü" deyəcəkdilər.
Əfsanə
Manşet.az