Beynəlxalq Jurnalistlər Federasiyası açıqladı: “Bu il 94 jurnalist öldürülüb”

17:03 - 08 Dekabr 2023

Beynəlxalq Jurnalistlər Federasiyası açıqladı: “Bu il 94 jurnalist öldürülüb”

Dünya üzrə jurnalistləri təmsil edən Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) bu il öldürülən jurnalistlərin sayını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, federasiyanın dərc etdiyi hesabatda bu il dünyada ən azı 94 jurnalistin öldürüldüyü qeyd edilib.

2023-cü ilin son 30 ildə qarşıdurmalarda ən çox jurnalistin öldürüldüyü il olduğu bildirilib.

Jurnalistlər Federasiyası bu il ərzində öldürülən 94 jurnalist və media işçisindən 9-nun qadın olduğunu qeyd edib.  Ən azı 393 jurnalist isə saxlanılıb və ya həbs edilib. 

Hesabatda adı çəkilən jurnalistlər dən 68-nin Qəzza zolağı və İsraildəki qarşıdurmalarda həlak olduğu bildirilib. Ukraynanın müharibə başlayandan bəri jurnalistlər üçün təhlükəli ölkə olaraq qaldığı və bu il indiyədək 3 jurnalistin öldürüldüyü vurğulanıb. 

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv