İsrail Müdafiə Qüvvələri keçirilən hücumlara cavab olaraq, Suriya ərazisindəki hədəflərə zərbələr endirib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrailin şimalına doğru dünənki raket buraxılışlarına cavab olaraq, İsrail ordusu Suriyadakı bir sıra hədəflərə zərbələr endirib”, - deyə bəyanatda bildirilib.
“İsrailin şimalındakı Dov dağı ərazisində İsrail əsgərlərinin aşkar etdiyi silahlı terror qruplaşmasına PUA-larla hücum edib”, - deyə bəyanatda qeyd olunub.