Lavrov vəzifədən nə vaxt gedəcəyini AÇIQLADI

09:16 - 11 Dekabr 2023

Lavrov vəzifədən nə vaxt gedəcəyini AÇIQLADI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırkı vəzifəsində hansı müddətədək işləyəcəyi barədə sualı cavablandırıb.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Lavrov Rusiyaya nə qədər lazımdırsa, o qədər xidmət edəcəyini bildirib.

“Niyə belə sual verdiyinizi həqiqətən başa düşə bilmirəm. Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edirəm”,- Lavrov Doha Forumu çərçivəsində onlayn çıxış edərkən deyib.

Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziri vəzifəsində çalışır. Bundan əvvəl o, 10 il Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az