ABŞ-ın tanınmış hakimi Frank Kapriodan bəd xəbər

09:54 - 11 Dekabr 2023

ABŞ-ın tanınmış hakimi Frank Kapriodan bəd xəbər

Dünyada videoları və qərarları ilə tanınan amerikalı hakim Frank Kaprioya mədəaltı vəzi xərçənginə tutulduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu il 87 yaşı tamam olan məşhur hakim dekabrın 6-da İnstaqramda yayımladığı klipə “Mənim üçün ilin ən xoşbəxt günlərindən biri də ad günümdür” sözləri ilə başlayıb.

Kaprio açıqlamasında “Bu ad günü indiyə qədər keçirdiyim ad günlərindən bir az fərqlidir. Bu yaxınlarda özümü pis hiss edirdim və tibbi müayinədən keçdim, nəticələr yaxşı olmadı. Mənə xərçəngin məkrli forması olan mədəaltı vəzi xərçəngi diaqnozu qoyuldu. Allah məni müalicə edərkən həkimlərimin fikirlərinə və əllərinə rəhbərlik etməsi üçün dua edirəm. Bilirəm ki, bu uzun bir yoldur və bacardığım qədər mübarizə aparmağa tam hazıram. İnsanların məndən soruşduğu tək şey budur ki, mən sənin üçün nə edə bilərəm? Əvvəla, dostluğunuza və xoş mesajlarınıza görə hamınıza nə qədər təşəkkür etsəm azdır. Amma hər birinizdən öz tərzinizlə xahiş edirəm, mənim üçün dua edin. Aldığım tibbi müalicədən əlavə, bu vəziyyətdən çıxmağıma kömək edəcək ən güclü silah olduğuna inandığım duanın gücünə ehtiyacım var” ifadələrinə yer verib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az