Netanyahunun oğlundan PKK təbliğatı: Sosial media paylaşımı diqqət çəkdi

10:27 - 11 Dekabr 2023

Netanyahunun oğlundan PKK təbliğatı: Sosial media paylaşımı diqqət çəkdi

Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hər yerdə Qəzzada baş verənlərdən danışması və bunu gündəmdə saxlaması İsrail hökumətini narahat edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin Fələstinə dəstəyini həzm edə bilməyən İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu terror təşkilatı PKK-nın təbliğatı ilə məşğul olub.

Netanyahunun oğlu Yair sosial media hesabı vasitəsilə “Azad Kürdüstan” paylaşımı edib.

Yair Netanyahu daha əvvəl də terror təşkilatının təbliğatını aparmışdı.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin son iclasından sonra xalqa müraciətində Qəzzadakı vəziyyətə geniş yer ayırmışdı.

İsrailin baş naziri Netanyahunu açıq şəkildə hədəf alan prezident Ərdoğan, "İsrail İkinci Dünya Müharibəsindən bu yana Fələstin coğrafiyasına etdiyi hər zülmə görə cavab verəcək. Bundan qaçış yoxdur, Netanyahunun hara qaçacağını bilmirəm. İsrail əsl ordu ilə qarşı-qarşıya qaldıqda parça-parça olacaq. İsrail rəhbərliyini belə ağrılı bir nəticə ilə qarşılaşmadan əvvəl ağlını başına yığması üçün xəbərdarlıq edirəm" demişdi.

Əfsanə

Manşet.az   

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az