Ərdoğanın əlini sıxan Şotlandiya baş nazirinə İngiltərədən sərt XƏBƏRDARLIQ

14:36 - 11 Dekabr 2023

Ərdoğanın əlini sıxan Şotlandiya baş nazirinə İngiltərədən sərt XƏBƏRDARLIQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Şotlandiyanın Baş naziri Həmzə Yusuf Dünya İqlim Fəaliyyəti Sammiti çərçivəsində Dubayda görüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İngiltərə rəsmisinin iştirakı olmadan keçirilən görüşə sərt reaksiya verib.

Kemeron bunun protokolun pozulması olduğunu bildirib və Xarici İşlər Nazirliyinin Şotlandiyaya verdiyi dəstəyi geri ala biləcəklərini söyləyib.

Kemeron "Bu görüşdə bir FCDO rəsmisinin olmaması, səlahiyyət verilmiş hökumət nazirlərinin xarici səfərləri üçün FCDO-nun dəstəyi ilə bağlı təlimatımızdakı protokollara ziddir" deyib.

Yusifin sözçüsü isə görüşə Britaniya rəsmisinin dəvət edildiyini bildirib.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az