Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib

21:35 - 11 Dekabr 2023

Putin prezidentliyə namizədliyi barədə seçki komissiyasına məlumat göndərib

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat göndərib.

 

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev jurnalistlərə açıqlamasında bildirib:

“Putinin qanuna uyğun olaraq prezident seçkilərində namizəd olacağına dair bildiriş aldıq”.

Qeyd edək ki, ölkənin Federasiya Şurası dekabrın 7-də toplanaraq prezident seçkilərinin tarixini müəyyənləşdirib və seçkinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.

Rusiya Prezidenti Putin dekabrın 8-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az