“HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar” - İsrailin müdafiə naziri

10:17 - 12 Dekabr 2023

“HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar” - İsrailin müdafiə naziri

HƏMAS qruplaşmasının yaraqlıları kütləvi şəkildə təslim olurlar.

 

Manset.az xəbər verir ki, bu açıqlamanı İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.

O qeyd edib ki, təslim olanlara oktyabrın 7-də baş verən hücumlarda iştirak edənlər də daxildir.

Y.Qalant əlavə edib ki, hazırda İsrail ordusu HƏMAS-ın Cəbaliya və Şucayyadakı son qalalarını məhv etməklə məşğuldur.

“Radikallar iflas etməyə yaxındırlar. Təslim olanların sayı vəziyyət haqqında çox şey deyir. Onlar sığınacaqlardan çıxaraq silah və qida çatışmazlığının olduğunu etiraf edirlər”, - deyə İsrailin müdafiə naziri əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az