Ərdoğan döyülən hakimə zəng etdi - VİDEO

13:33 - 12 Dekabr 2023

Ərdoğan döyülən hakimə zəng etdi - VİDEO

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən matç zamanı "Ankaragücü" klubunun prezidenti Faruk Koca tərəfindən döyülən hakim Halil Umut Melerə zəng edib.

 

Manset.az-ın HaberGlobal-a istinadən məlumatına görə, Ərdoğan hakimin tezliklə sağalmasını arzuladığını bildirib. Prezident hadisəni pisləyib və hakimə uğurlar arzulayıb.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib. Klubun prezidenti də daxil olmaqla 3 nəfər tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az