"Erməni hərbçilər azərbaycanlılarla yaxın günlərdə dəyişdiriləcək" - Simonyan

14:16 - 12 Dekabr 2023

\"Erməni hərbçilər azərbaycanlılarla yaxın günlərdə dəyişdiriləcək\" - Simonyan

Ermənistan Baş nazirinin Aparatı və Azərbaycan Prezidentinin Administrasiyası arasındakı razılaşmaya əsasən əsirlərin mübadiləsi yaxın günlərdə gerçəkləşəcək.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu İrəvanda keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

"Biz bu mübadilənin tezliklə baş verəcəyini ümidlə gözləyirik", - A.Simonyan vurğulayıb.

Onun sözlərinə görə, İrəvan və Bakının əldə etdiyi razılaşma dəyişməyib, proses davam edir.


Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az