Microsoft süni intellektin imkanlarına görə 10 min insanı ixtisar etməyi planlaşdırarkən, son günlər gündəmdə olan əsas müzakirələrdən biri süni intellektin media işçilərinin və jurnalistlərin işini əlindən ala biləcəyi ilə bağlıdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər isə süni intellektin düz mətn yazmaqda kifayət qədər yaxşı iş gördüyünü bildirsələr də, alqoritmlərin heç vaxt insanlar kimi xüsusi xəbərlər hazırlaya bilməyəcəyi qənaətindədirlər.
Süni intellektlə xəbərlərin çapı və təqdim edilməsi kimi texnoloji inkişaflara ehtiyatla yanaşan ekspertlər jurnalistikada insan amilinin vacibliyinə diqqət çəkirlər.
Doğuş Universiteti Müəllimi Dos. Dr. İlknur Doğu Öztürk süni intellektdən istifadə edərək xəbər yazmağı jurnalistika kimi təyin etmədiyini bildirib.
Dos. Dr. Öztürk, süni intellektlə yazılan xəbər mətnlərinin texniki olaraq xəbər yazma qaydalarına uyğun gəlmədiyini də ifadə edərək, "İnsandan məlumat almadan xəbər çıxarmağın jurnalistika olmadığını düşünürəm. Süni intellekt dediyimiz texnologiya alqoritmlərdən ibarətdir. Bəzən sırf xəbər olmaq və xəbər saytlarında daha uzun müddət qalmaq üçün hazırlanmış məzmunlar ola bilər. Lakin bu məzmunun düzgünlüyünün jurnalist tərəfindən yoxlanılması lazım olur. Lakin əgər süni intellekt gələcəkdə insanları əvəz edərsə və insanlar kimi alqoritmlərdən asılı olmayaraq qərarlar qəbul edərsə, o zaman mümkün təhdid və təhlükələrdən danışmaq olar". deyib.
Öztürk süni intellektin hazırda araşdırma jurnalistikası, müsahibələr və xüsusi xəbərlər edə bilməyəcəyini də əlavə edib:
"Alqoritmlər hazırda yalnız rəqəmsal mühitdəki məlumatları tələbata uyğun olaraq qiymətləndirir. Ancaq süni intellektin əldə olan məlumatları kateqoriyalara ayırmaq, xəbər mətni üçün diqqətçəkən başlıq seçmək kimi jurnalist bacarıqlarından istifadə etmək, jurnalistin tərtib etdiyi xəbər mətnindən seçiləcək spot cümlələrin seçmək, ən diqqətçəkən şəklin seçilməsi, xəbərlərin yazılması və dərci prosesini sürətləndirən dəstəyin alınmasının məqsədəuyğun olduğunu hesab edirəm”.
Əfsanə
Manşet.az