Dünən axşam Super Liqada oynanılan matçdan sonra Ankaragücü klubunun prezidenti Faruk Koca və bəzi şəxslərin hücumuna məruz qalan hakim Halil Umut Meler şikayətçi olaraq polisə ifadə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Melerin ifadəsi müalicə aldığı Acıbadem Ankara Xəstəxanasında alınıb.
Meler verdiyi açıqlamada güzəştə getməyəcəyini bildirib.
Meler, “Faruk Koca bütün hakim dostlarıma və mənə “Sizi bitirəcəm” dedi. Mənə isə xitab edərək, “Səni öldürəcəm' dedi. Koca və digər şəxslərdən şikayətçiyəm. Güzəşt etmək istəmirəm" deyib.
Əfsanə
Manşet.az