“Aparılan danışıqlarda Azərbaycan-Ermənistan dövlətlərarası sərhədindən qoşunların çıxarılması məsələsi müzakirə olunub”.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz inanırıq ki, qoşunların çıxarılması müsbət nəticə verəcək və gərginliyin qarşısını almağa kömək edəcək”, - deyə Mirzoyan söyləyib.
Onun sözlərinə görə, əsas proses sülh müqaviləsinin imzalanması istiqamətində gedir.