“Qəzzada qaldığınız müddətcə itkiləriniz artacaq” - HƏMAS

17:46 - 13 Dekabr 2023

“Qəzzada qaldığınız müddətcə itkiləriniz artacaq” - HƏMAS

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS İsrail ordusuna Qəzza zolağında qalmağa davam etdikcə, itkilərinin çoxalacağı ilə bağlı xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə HƏMAS-dan yazılı açıqlama verilib. 

Açıqlamada “İsrailin Qəzza zolağının şimal-şərqindəki Əl-Şücaiyyə bölgəsində əksəriyyəti zabit olmaqla 10 əsgərinin öldürüldüyünü və bir çox cəbhədə itkilərin artması ordunun və komandirlərin uğursuzluğunu təsdiqləyir” ifadələrinə yer verilib.  

Həmçinin, açıqlamada Qəzzadakı fələstinli qrupların “Qəzzanı işğalçılar üçün məzarlığa çevirmək” vədini yerinə yetirdikləri və İsrailin Qəzzada qaldıqları təqdirdə itkilərinin daha da artacağını vurğulayıb. 

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az