Hizbullah İsrailin 4 hərbi məntəqəsinə hücum etdi

18:08 - 13 Dekabr 2023

Hizbullah İsrailin 4 hərbi məntəqəsinə hücum etdi

Hizbullah Hərəkatı Livan sərhədindən İsrail sərhədindəki 4 hərbi nöqtəyə “Burkan raketi” və müvafiq silahlarla hücum edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə, Hizbullah  açıqlama verib.

Açıqlamada İsrailin Bəhri, Şumira və Ramyadakı hərbi məntəqələrinin müvafiq silahlarla hədəfə alındığı bildirilib.

Əl Malikiyye hərbi məntəqəsinin yarım ton ağırlığında “Burkan raketi” ilə vurulduğu da bildirilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 101 Hizbullah üzvü və 6 İsrail əsgərinin öldüyü açıqlanıb.

Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az