Türkiyənin Zonquldağ şəhərinin Alaplı rayonunda universitet tələbələri qidadan zəhərləniblər.
Manset.az Sözcü-yə istinadən xəbər vrir ki, tələbə yataqxanasında qalan universitet tələbələrindən bəziləri səhər saatlarında qarın ağrısı, ürəkbulanma və ishal şikayətləri ilə müraciət ediblər.
Qida zəhərlənməsi şübhəsi ilə 23 şagird Alaplı Dövlət Xəstəxanasında, 11 şagird isə Qaradəniz Ereğlidə müxtəlif xəstəxanalarda müalicə altına alınıb.
Zəhərlənən şagirdlərin vəziyyəti yaxşı olduğu bildirilir.
Şagirdlərin zəhərlənməsinə səbəb olan qidalardan nümunə götürülərək labaratoriya aparılıb.
Jalə
Manşet.az