Kosovonun şimalındakı Leposaviç bələdiyyəsinin alban meri Lulzim Hetemi albanlarla serblər arasında şiddətə çevrilən gərginliyin ortasında qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, apreldə keçirilən seçkidə cəmi 100 səslə seçilən və və serblər tərəfindən boykot edilən Hetemi zorakılıq ucbatından 7 aydır ofisində qapalı qalıb. Heteminin təhlükəsizliyini NATO hərbçiləri və Kosovo xüsusi təyinatlı polisi təmin edir.
Qeyd edək ki, Hetemi bütün Kosovoda azlıq təşkil edən, lakin Leposaviçin ümumi əhalisinin 97 faizindən çoxunu təşkil edən etnik serblərin boykot etdiyi seçkidə cəmi 100 səs toplayıb. Heteminin and içməsindən az sonra serb etirazçılar Heteminin ofisini mühasirəyə alaraq onu getməyə səsləyiblər. Bunu rədd edən Hetemi mayın 29-dan bir gün belə evə qayıtmadan ofisinin yerləşdiyi binada qalmağa davam edir.
Əfsanə
Manşet.az