Rusiya prezidenti Vladimir Putin il sonu qiymətləndirməsi üçün keçirdiyi mətbuat konfransında 2024-cü ilin əvvəlində Türkiyəyə səfər edə biləcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin jurnalistin Türkiyəyə səfər planları ilə bağlı sualını belə cavablandırıb:
“Türkiyəyə getməyə hazır idim, amma cənab Ərdoğanın iş qrafiki çox idi. Bəlkə bu səfəri gələn ilin əvvəlində edə bilərəm".
Qəzza ilə bağlı sualları cavablandıran Putin bu mövzularda Rəcəb Tayyib Ərdoğanla daimi təmasda olduqlarını və fikirlərinin üst-üstə düşdüyünü bildirib:
“Ərdoğan Qəzzada vəziyyətin normallaşdırılmasında mühüm bir liderlik rolu oynayır. O, şübhəsiz ki, bu faciəyə ən çox diqqət yetirən və vəziyyəti yaxşılığa doğru dəyişmək üçün hər şeyi edən beynəlxalq birliyin liderlərindən biridir. Bu aydın görünür. O, bu məsələdə çox fəaldır. Allah ona can sağlığı versin. Çünki baş verənlər tam bir fəlakətdir. Ukraynadakı münaqişələrə və Qəzzada baş verənlərə baxanda bütün dünya aradakı fərqi görür. Qəzzada minlərlə uşaq və qadın ölür. Ukraynada belə bir şey yoxdur”.
Əfsanə
Manşet.az