Hakan Fidan sabah Norveçə səfər edəcək

19:30 - 14 Dekabr 2023

Hakan Fidan sabah Norveçə səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Norveçə səfər edəcək.

 

Manset.az APA-ya istinadən xəbər verir ki,  bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza ilə bağlı Təmas Qrupunun fəaliyyəti çərçivəsində 15 dekabr 2023-cü il tarixində baş tutacaq.

Nazir Hakan Fidan Təmas Qrupunda olan həmkarları ilə birlikdə Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Belçika, Hollandiya və Lüksemburq rəsmiləri ilə görüşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az