İsrail ordusu Livandakı Hizbullah hədəflərini vurdu

19:33 - 14 Dekabr 2023

İsrail ordusu Livandakı Hizbullah hədəflərini vurdu

İsrail döyüş təyyarələrinin Livandakı Hizbullah hədəflərini  vurub.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bununla bağlı İsrail ordusu məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Şumira bölgəsinə raket atılıb.

Qeyd edilib ki,  hücuma cavab olaraq İsrail döyüş təyyarələri Livandakı Hizbullah hərbi birləşmələrini vurub.

Həminin Hizbullah Livanın cənubundakı İsrail hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri baş verən qarşıdurmalarda 104 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az