Bahia ştatının Santana şəhərində çıxış edən Pedro Henrike vəfat edib.
Manset.az Splash Uol-a istinadən xəbər verir ki, 30 yaşlı müğənni səhnədə çıxış edərkən yerə yıxılıb.
Prodüserləri musiqiçinin ciddi infarkt keçirdiyini bildiriblər.
Rio-de-Janeyroda yaşayan Pedro 2 ay əvvəl ata olub.
İnstaqramdakı son paylaşımların birində musiqiçi Zoeni həyatının ilk ayı münasibətilə təbrik edib.
Qeyd edək ki, Pedro Henrike 2015-ci ildə Youtubede videolarını paylaşaraq tanınıb.
Jalə
Manşet.az