Çin və Rusiya bombardmançılarının Yaponiya yaxınlığında birgə uçuş həyata keçirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, Çinə məxsus iki H-6 tipli və Rusiyaya məxsus iki Tu-95 tipli təyyarə Yapon dənizi (Şərq dənizi) üzərində birgə uçuş həyata keçirib.
Açıqlamada, təyyarələrin Şərqi Çin dənizinə doğru getdiyi və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) ələ keçirmə uçuşu üçün havaya qalxdığı qeyd edilib.
Bildirilib ki, Çin və Rusiya bombardmançı təyyarələri Yaponiyanın milli hava məkanını pozmayıb.
Bildirilib ki, Yaponiya hökumətinin “birgə uçuşla bağlı dərin narahatlığı” diplomatik kanallarla Pekin və Moskva administrasiyalarına çatdırılıb.
Rəsmi Kyodo agentliyi xatırladıb ki, Çin və Rusiya bombardmançıları sonuncu dəfə 2023-cü ilin iyununda birgə uçuş həyata keçirib.
Jalə
Manşet.az