"Paşinyan hakim partiya üzvü olmayan məmurları vəzifədən uzaqlaşdırmağı tapşırıb" - KİV

10:51 - 15 Dekabr 2023

\"Paşinyan hakim partiya üzvü olmayan məmurları vəzifədən uzaqlaşdırmağı tapşırıb\" - KİV

Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” üzvü olmayan bütün məmurları tez bir zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri hakimiyyətə yaxın mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasına üzv olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa davam edən bütün məmurları mümkün qədər tez vəzifədən uzaqlaşdırmağı qərara alıb.

Həmçinin əlavə olunub ki, Ermənistan hökumətinin rəhbərinin fikrincə, partiya üzvü olmayanlar onun sadiq tərəfdaşları ola bilməzlər, ona görə də onlara ölkənin idarəetmə sistemində yer yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az