"44 günlük savaşda ermənilər kabinetimdən çıxmırdı" - Tolstoy

17:46 - 15 Dekabr 2023

\"44 günlük savaşda ermənilər kabinetimdən çıxmırdı\" - Tolstoy

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy İrəvanın Moskvadan uzaqlaşmasının nəticələri barədə xəbərdarlıq edib.

 

Manset.az Axar.az-a istinadən bildirir ki, o, bu barədə Rusiya-Ermənistan ilk ictimai forumunun açılışında deyib.

Parlamentari Ermənistanı Rusiyadan əldə edə biləcəyi hər şeyi Avropadan almağa çalışan postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb:

"Qarabağda son müharibə gedəndə mənim kabinetim sözün əsl mənasında hər gün Ermənistan parlamentinin deputatları ilə dolu olurdu və onlar deyirdilər: "Xahiş edirik, nəsə edin, zəng edin, Rusiya prezidentinə deyin, müharibəni dayandırın! Oğlanlarımız ölür, cəbhədən tabutlarla gətirilirlər". Bu gün isə həmin deputatlar artıq yoxdur, ümumiyyətlə, heç kim yoxdur. Xatırladım ki, o zaman qanlı müharibəni dayandıran Rusiya Prezidenti Vladimir Putin olub".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az