Bu ölkədə həyəcan təbili çalındı! - Fövqəladə vəziyyət elan edildi

21:00 - 15 Dekabr 2023

Bu ölkədə həyəcan təbili çalındı! - Fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın cənubundakı Cambil rayonunda soyuq hava, qar fırtınası və görmə məsafəsinin azalması kimi əlverişsiz hava şəraiti səbəbindən bölgədə regional fövqəladə vəziyyət elan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, güclü külək və qar yağması səbəbindən əyalətin 4 rayonunda elektrik enerjisinin kəsilib. Bundan başqa, hər birində 500-dən 700-ə qədər sərnişin olan 11 sərnişin qatarı, 12 yük qatarı yolda qalıb.

Rayonun polis rəisi Armanbek Baymurzin verdiyi açıqlamada bildirib ki, son 2 gündə qar səbəbindən rayonda köməksiz vəziyyətdə qalan 5 mindən çox insanın xilas edilib. Mindən çox avtomobil bölgədə magistral yollarda qalıb və sözügedən avtomobildə olan sərnişinləri xilas etmək üçün 750-dən çox polis əməkdaşı ayrılıb.

 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az