Sosial media fenomeni Ece Ronay saxlanıldı

21:54 - 15 Dekabr 2023

Sosial media fenomeni Ece Ronay saxlanıldı

Sosial media fenomeni və gözəllik mərkəzi sahibi Ece Ronay saxlanılıb. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sosial media fenomeni Ece Ronay haqqında keçmiş əri Mehmet Bilirin iş yerininə edilən silahlı hücum şübhəsi ilə araşdırma başlayıb.

Bu gün xüsusi əməliyyat polisinin iştirakı ilə şübhəlilərin ünvanlarında axtarış keçirilib. Əməliyyat zamanı hadisənin təhrikçisi hesab edilən Ece Ronayın evinə də basqın edilib. Eyni vaxtda keçirilən reydlərdə Ronay ilə birlikdə daha 5 şübhəli yaxalanıb.

Şübhəlilərə məxsus ünvanlarda aparılan axtarışlar zamanı avtomat silah, tapança və 58 patron götürülüb.

Saxlanılan şübhəlilər polis bölməsinə aparılıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az